Demokrat Partiyasının aparıcı rəsmiləri ABŞ prezidenti Co Baydeni yenidən seçilməkdən imtina etməyə məcbur etmək üçün sərt şəkildə hərəkət ediblər.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından irəli sürülən namizəd Donald Tramp deyib.
"Məncə, bu, bir növ dövlət çevrilişi idi. Onun seçkidə iştirakını istəmədilər. Onun sorğu nəticələri pis olub, uduzacağını düşünürdülər. Onlar Onoun yanına gəlib dedilər: "Sən bu yarışda qalib gələ bilməyəcəksən", - deyə o bildirib.
O qeyd edib ki, öz mənbələrinə görə, bir çox demokratlar C.Baydenə onunla yaxşı münasibət bəslədiklərini əmin ediblər. "Ancaq mən bilirəm ki, pərdə arxasında ona qarşı sərt davranıblar," - deyə D.Tramp qeyd edib.