Qazaxıstan ABŞ və Böyük Britaniyadan daha təhlükəsiz ölkədir

Qazaxıstan ABŞ və Böyük Britaniyadan daha təhlükəsiz ölkədir backend

"Numbeo"nun cinayət səviyyəsi reytinqinə görə, Qazaxıstan 146 ölkə arasında 75-ci yerdədir.

Qaziler.az Kazinform-a istinadən xəbər verir ki, təhlükəsizlik baxımından Qazaxıstan ABŞ, Böyük Britaniya və Fransa kimi ölkələri geridə qoyub.

Qazaxıstanda cinayət nisbəti indeksi 45,6 bal səviyyəsində qiymətləndirilib.

İtaliya 47,1, Böyük Britaniya 47,8, ABŞ 49,2, Fransa 55,3 bal toplayıb.

“Numbeo”nun məlumatına görə, ən təhlükəli ölkələr Venesuela, Papua Yeni Qvineya və Haitidir.

Dünyanın ən təhlükəsiz ölkəsi Andorradır. Reytinqdə onu BƏƏ və Qətər izləyir.

Təhlükəsizlik baxımından Qazaxıstan bəzi Qərb ölkələrini geridə qoyub, Özbəkistan isə Mərkəzi Asiyanın ən təhlükəsiz ölkəsinə çevrilib.

Qeyd edək ki, Numbeo müxtəlif ölkələrdə həyat keyfiyyəti və dəyəri haqqında məlumat bazasıdır.

QAZİLER.AZ

Diaspora