Niderland və Danimarka yaxın həftələrdə Ukrayna ordusuna dəyişdirilmiş 14 "Leopard 2A4" tankı göndərəcəyini vəd edib.
Qaziler.az delfi-yə istinadən bildirir ki, bu barədə Niderlandın Müdafiə naziri Ruben Brekelmans məlumat verib.
Niderland Hərbi Departamentinin bəyanatında deyilir ki, iki ölkə keçən il tankları birgə alıb və modernləşdirib. 12 döyüş maşını artıq Ukraynaya göndərilməyə hazırdır və daha ikisinin sınaqları tezliklə başa çatacaq.
"Ağır döyüşləri nəzərə alaraq, Ukraynanın təcili olaraq daha çox hərbi dəstəyə ehtiyacı var. Bu tanklar Ukrayna ordusu üçün rus qoşunlarına qarşı müdafiədə mühüm rol oynaya bilər. Niderland müttəfiqləri və tərəfdaşları ilə birlikdə lazım olan müddətdə Ukraynanı dəstəkləməyə davam edəcək", - Brekelmans bildirib.
QAZİLER.AZ