Rusiyanın Omsk vilayətində tikintində qaldırıcı kranın aşması 4 nəfərin ölümünə səbəb olub. APA TV-nin məlumatına görə, faktla bağlı üç şübhəli şəxs saxlanılıb. Hadisə zamanı Omskın Marşal Jukov küçəsindəki tikinti sahəsində quraşdırılmış qaldırıcı kranın iki avtomobilin üzərinə aşması nəticəsində maşınlardan birinin 30 yaşlı sürücüsü, onun həyat yoldaşı və 4 aylıq körpə hadisə yerindəcə ölüb.
Ailənin 4 yaşlı oğlu və ərazidə olan digər avtomobilin 53 yaşlı sürücüsü isə ağır yaralanıblar. Sonradan 53 yaşlı şəxs xəstəxanada keçinib. Kranı idarə edən 36 yaşlı şəxsin də vəziyyəti ağırdır.İstintaqın gəldiyi ilkin qənaətə görə, hadisə texniki təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib. Belə ki, qaldırıcı kranın əraziyə quraşdırılması zamanı lazımi təhlükəsizlik tədbirləri nəzərə alınmayıb.