BMT: Efiopiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 500-ə çata bilər

BMT: Efiopiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 500-ə çata bilər backend

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi Efiopiyanın cənubunda baş verən sürüşmə nəticəsində ölənlərin sayının 500-ə çata biləcəyini açıqlayıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Yardım Koordinasiya Ofisinin (OCHA) verdiyi açıqlamaya görə, bazar günü Efiopiyanın cənubundakı Qofa dağlıq bölgəsində leysan yağışları nəticəsində baş verən torpaq sürüşməsi nəticəsində aralarında qadın və uşaqların da olduğu 257 nəfər həyatını itirib, 12 yaralı xəstəxanaya yerləşdirilib. 

Açıqlamaya görə, ölənlərin sayı 500-ə çata bilər.

Açıqlamada yerli hakimiyyət orqanları, Efiopiya Qızıl Xaç Cəmiyyəti və ictimaiyyətin dəstəyi ilə axtarış-xilasetmə işlərinin davam etdiyi, axtarış-xilasetmə qruplarının avadanlığın olmaması səbəbindən insanların çılpaq əl və kürəklə qazmağa, axtarışlar aparmağa çalışdığı bildirilib.

Açıqlamada ən az 15 min insanın hələ də sürüşmə riski olan ərazilərdə yaşadığı xəbərdarlığı edilib və "Sürüşmə riski olan ərazidə ən az 1320 5 yaşdan kiçik uşaq və 5 min 293 hamilə və südəmər körpəsi olan qadın var" deyilib. 

QAZİLER.AZ

Diaspora