Kanada meşə yanğınları ilə mübarizə aparır

Kanada meşə yanğınları ilə mübarizə aparır backend

Kanadanın qərbindəki Alberta və Britaniya Kolumbiyası əyalətləri yanğınlarla mübarizə aparır.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Britaniya Kolumbiyası Meşə Yanğından Mühafizə Xidmətinin verdiyi açıqlamaya görə, son bir həftədə bölgədə 58 mindən çox ildırım çaxması yeni yanğınlara səbəb olub.

Britaniya Kolumbiyasında 400-dən çox, Alberta əyalətində isə 176 yanğın aşkar edilib.

Kanadanın turizm bölgəsi Jasper Milli Parkında alov yayıldıqdan sonra X sosial media platformasında sakinlərə məlumat verilib.

Jasper Milli Parkından verilən açıqlamada yanğının qəsəbədə "əhəmiyyətli itkilərə" səbəb olduğu və bölgədə havanın keyfiyyətinin pisləşdiyi bildirilib.

Alyaska və Avstraliyadan olan personalın dəstəklədiyi 1900-ə yaxın Alberta yanğınsöndürənləri regiondan keçən boru kəməri də daxil olmaqla infrastrukturu qorumaq üçün mübarizə aparır.

QAZİLER.AZ

Diaspora