İsrailin baş naziri Binyamin Netanyahunun ABŞ-yə səfərinə qarşı çıxan fələstinli fəallar Vaşinqtonda Amerika bayraqlarını sökərək yandırıblar.
Bu barədə “The Hill” yazır.
"Etirazçılar “Columbus Circle” meydanı tərəfdə polislə qısamüddətli toqquşma yaşadıqlarını söyləyiblər və görünür bu, ABŞ Polisini etirazla bağlı icazəni ləğv etməyə və onlara ərazini tərk etməyə sövq edib", - nəşr qeyd edib.
Nəşrin yazdığına görə, polis camaatı ərazini tərk etməyə çağırdıqdan sonra etirazçılardan bəziləri ABŞ bayraqlarını endirməyə, ikisini yandırmağa və “Union Station” yaxınlığında Netanyahunun kuklasını yandırmağa və heykəlləri İsrail əleyhdarı ilə örtməyə nail olublar. Etirazçılar heykəllərdən birinin üzərinə “Həmas gəlir” şüarını qeyd ediblər.
QAZİLER.AZ