Şimali Koreya son 24 saat ərzində Cənubi Koreyanın hava məkanına zibilli 500-ə yaxın hava şarını buraxaraq, uçuşları dayandırıb və yaşayış binasının damında yanğına səbəb olub.
Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın rəsmiləri məlumat verib.
Nəşr xatırladıb ki, hava şarları KXDR-in Şimali Koreyadan qaçanlara və cənubdakı fəallara qarşı təbliğat kampaniyasının bir hissəsidir. Bu fəallar müntəzəm olaraq K-pop videoları və serialları ilə yüklənmiş vərəqələr, pullar və fləş disklər olan şarlar göndərirlər.
QAZİLER.AZ