İndoneziyalı nazir Zaxarovada olan bəzək əşyasından istədi

İndoneziyalı nazir Zaxarovada olan bəzək əşyasından istədi backend

İndoneziya Xarici İşlər Nazirliyinin rəhbəri Retno Marsudi Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovada olan aksessuardan istəyib.

Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Zaxarovanın özü “Telegram” kanalında bəzək əşyasının (broşka) paltarlara tikildiyi üçün hədiyyə edə bilməyəcəyini bildirib.

“Onu verərdim, amma tikilib. Qayıdandan sonra layiqli birini seçib böyük məmnuniyyətlə və hörmətlə İndoneziyaya göndərəcəm”, - Zaxarova yazıb.

Qeyd edək ki, indoneziyalı diplomat Laosda Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xətti ilə Xarici İşlər Nazirləri Şurası (XİNŞ) çərçivəsində rusiyalı həmkarı Sergey Lavrov ilə görüş keçirib. Lavrov və Marsudinin iki dövlətin Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr planını imzalayacağı gözlənilir.

QAZİLER.AZ

Diaspora