Zukerberq Çin dilində mühazirə oxuyub

Zukerberq Çin dilində mühazirə oxuyub backend

“Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq Pekinin Sinxua Universitetində mühazirə oxuyub.

İKT.lent.az-ın xəbərinə görə, M. Zukerberq mühazirəni mandarin dialektində (Çin dilinin şimal dialekti) aparıb. Bu barədə o, özünün “Facebook” səhifəsində məlumat verib.

M. Zukerberq universitet nəzdindəki İqtisad və Menecment Məktəbinin tələbələrinə 1,5 milyard istifadəçisi olan “Facebook”un missiyasından və uğura gedən yolda qarşılaşdığı çətinliklərdən danışıb. Xatırladaq ki, o, bir il əvvəl də bu universitetdə olub və tələbələrlə Çin dilində danışıb. Zukerberq Çin Xalq Respublikasının rəhbəri Tsi Tsinpin ilə də Çin dilində ünsiyyət qurub. Lakin budəfəki çıxış onun Çin dilində ilk nitqi olub.

Qeyd edək ki, M. Zukerberqin həyat yoldaşı Pristsilla Çan (Priscilla Chan) yarı amerikalı, yarı çinlidir
Diaspora