Ekofəallar Almaniyada hava limanının işini iflic edib

Ekofəallar Almaniyada hava limanının işini iflic edib backend

“Letzte Generation” (“Son Nəsil”) radikal hərəkatının ekoloji fəalları Frankfurt-Mayndə (Almaniya) hava limanında gizlicə uçuş-enmə zolağına çıxaraq hava hərəkətini müvəqqəti iflic ediblər.

Qaziler.az xarici KİV-ə istinadla bildirir ki, ekofəallar uçuş-enmə zolağına doğru irəliləyiblər. Sərnişinlərdən uçuşun vəziyyətini yoxlamaq və hava limanına gəlməkdən çəkinmələri xahiş olunub.

“Hava limanında davam edən nümayişlə əlaqədar hazırda uçuşlar dayandırılıb. Sərnişinlərdən hələlik hava limanına gəlməmələri xahiş olunur”, - hava limanının yaydığı məlumatda qeyd edilib.

Qeyd olunur ki, aksiya beynəlxalq etiraz kampaniyasının tərkib hissəsidir. Ətraf mühit fəalları Almaniya hökumətini 2030-cu ilə qədər neft, qaz və kömürdən imtina etməyə çağırır.

QAZİLER.AZ

Diaspora