“ABŞ müttəfiqləri ilə birlikdə Ukraynanı dəstəkləməyə və Rusiyaya qarşı mübarizəyə davam edəcək”
Qaziler.az xəbər verir ki, bu sözləri Amerika prezidenti Co Bayden xalqa müraciətində deyib. Çıxış Ağ Evin “YouTube” kanalında yayımlanıb. Qeyd edilib ki, bu, ABŞ rəhbərinin koronavirus infeksiyasına görə karantini tərk etdikdən sonra ilk çıxışıdır.
Onun sözlərinə görə, “qürurlu xalqların” birliyi Moskvaya Kiyevi məğlub etməyə imkan verməyəcək. Bundan əlavə, o, dövlətlərarası birliklərə dəstəyin artdığını açıqlayıb.
“Biz NATO-nu gücləndirməkdə davam edəcəyik və mən onu tariximizin heç vaxt olmadığı qədər güclü və birləşmiş hala gətirəcəyəm”, - deyə Bayden bildirib.
QAZİLER.AZ