Polşa Rusiya Silahlı Qüvvələrinin enerji infrastrukturuna endirdiyi zərbələrə görə ukraynalıların növbəti axını ilə üzləşə bilər.
Qaziler.az xəbər verir ki, “Business İnsider” Respublikanın mülki əhalisinin hüquqlarının müdafiəsi departamentinin rəhbəri Dariuş Marçinskiyə istinadən məlumat verib.
Onun sözlərinə görə, payız və ya qış aylarında qaçqın axını gözlənilir.
“Biz aydın siqnallar alırıq ki, payız-qış aylarında ukraynalıların böyük axını mümkündür. Biz buna hazır olmalıyıq”, - deyə Marçinski əlavə edib.
QAZİLER.AZ