Netanyahunun əleyhdarları israilli nümayəndələrin olduğu otelə həşərat buraxıblar

Netanyahunun əleyhdarları israilli nümayəndələrin olduğu otelə həşərat buraxıblar backend

İsrailin baş naziri Benyamin Netanyahunun əleyhdarları siyasətçiyə qarşı həşəratlardan istifadə edib, onun Vaşinqtondakı otelində yanğın siqnalını işə salıblar.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə fəallar sosial şəbəkələrdə yazıb. Fələstin tərəfdarı olan fəal tərəfindən yayımlanan videonu nümayəndə Nensi Meys şərh edib.

“Yəqin ki, hələ də valideynlərinin zirzəmilərində yaşayan, terrorçulara rəğbət bəsləyənlər və çılğın ekstremistlər bunu edirlər”, - Nensi Meys “X” sosial mediada hesabında bildirib.

Videoda yəhudi dövlətinin və ABŞ-nin bayraqları olan konfrans zalında stolun üstündə qurd və çəyirtkələr əks olunub. Həmçinin səsyazısında siren səsi və otel dəhlizində yanğının olması barədə həyəcan xəbərdarlığının verildiyini eşitmək olur.

QAZİLER.AZ

Diaspora