Bayden xalqa müraciət edib, amerikalıları Harrisi dəstəkləməyə ÇAĞIRIB

Bayden xalqa müraciət edib, amerikalıları Harrisi dəstəkləməyə ÇAĞIRIB backend

ABŞ Prezidenti Cozef Bayden xalqa müraciət edib.

"Report" xəbər verir ki, Amerika liderinin oval kabinetdə çıxışı canlı yayımlanıb.

Bayden ilk növbədə həmvətənlərini prezident seçkilərində ABŞ-nin vitse-prezidenti Kamala Harrisi dəstəkləməyə çağırıb: "Mən öz seçimimi etdim, indi seçim sizindir - Amerika xalqı".

O, Harrisi təcrübəli, güclü və bacarıqlı siyasətçi adlandırıb.

ABŞ Prezidenti çıxışında İsrailin Qəzza zolağındakı əməliyyatını yekunlaşdırmaq niyyətində olduğunu bildirib: "Mən Qəzzada müharibəni dayandırmaq, bütün girovları evinə qaytarmaq, Yaxın Şərqə sülh və əmin-amanlıq gətirmək üçün işləməyə davam edəcəyəm".

Amerika lideri həmvətənlərinə müraciətdə Ukraynaya dəstək olan dövlətlərin koalisiyasının qorunub saxlayacağına ümidvar olduğunu deyib.

“Biz NATO-nu gücləndirməkdə davam edəcəyik və mən onu tariximizin bütün dövrlərindən daha güclü edəcəyəm”, - prezident qeyd edib.

Diaspora