Fransa hökuməti “Surfrider Foundation” qeyri-hökumət təşkilatının mütəxəssislərinə Sena sularının sınaqdan keçirilməsinə icazə verməyib.
Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir ki, bunu təşkilatın mətbuat xidmətinin sözçüsü Lionel Şeylus deyib.
Çayda təhlükəli bakteriyaların olmadığına əmin olmaq üçün analiz lazım idi. Eyni zamanda, nümunələrin götürülə bilməməsinə səbəb həm də Olimpiya Oyunları öncəsi bənddə quraşdırılmış stendlər olub.
“Açılış mərasimindən əvvəl heç bir nümunə götürülməyəcək, çünki son bir neçə gün ərzində yarışların keçiriləcəyi yerlərə daxil ola bilməmişik. İcazə sorğumuz cavabsız qaldığından əlavə nümunələr götürə bilmərik”, - deyə Şeylus bildirib.
Təşkilat sonuncu dəfə iyulun 16-da nümunələr götürüb. Göstəricilər icazə verilən həddi aşmayıb, lakin parametrlərə yaxın olub. Təsnifatlara görə, su orta keyfiyyətlidir, üzgüçülük və yarışlar üçün əlverişli sayılır.
QAZİLER.AZ