Avropa ölkəsində yeni donuz taunu yayılıb

Avropa ölkəsində yeni donuz taunu yayılıb backend

Ekspertlər Moldovada yeni Afrika donuz taunu qeydə alıblar.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Qida Təhlükəsizliyi Agentliyi (ANSA) məlumat yayıb.

İdarədən verilən məlumata görə, heyvanlarda müşahidə edilən xəstəlik respublikanın Singerey rayonunda yerləşən fermada qeydə alınıb.

Məlumatda bildirilir ki, rayonda Fövqəladə Hallar Komissiyası tərəfindən epidemiya ilə mübarizə üzrə kompleks tədbirlər planı təsdiq edilib, rayonun bütün strukturları və mütəxəssisləri cəlb edilməklə ləğvetmə tədbirləri həyata keçirilir.

ANSA-nın məlumatına görə, epidemiyanın baş verdiyi yerin ətrafında üç kilometrlik təhlükəsizlik zonası və 10 kilometrlik müşahidə zonası yaradılaraq, ərazidə donuzların hərəkəti, eləcə də orada istehsal olunan donuz ətinin satışı məhdudlaşdırılıb.

QAZİLER.AZ

Diaspora