İsrail Livanla müharibəyə hazırdır, lakin...- İsrailin Rusiyadakı səfiri

İsrail Livanla müharibəyə hazırdır, lakin...- İsrailin Rusiyadakı səfiri backend

İsrail Livanla müharibəyə hazırdır, lakin genişmiqyaslı silahlı münaqişəyə can atmır və diplomatik səylərə ümid edir.

Qaziler.az TASS-a istinadən  xəbər verir ki, bu barədə jurnalistlərə İsrailin Rusiyadakı səfiri Simone Halperin bildirib.

Halperin etiraf edib ki, İsrail “şimal cəbhəsində genişmiqyaslı müharibəyə məcbur ediləcək”. Onun sözlərinə görə, İsrail hadisələrin belə inkişafına "tamamilə hazırdır".

Eyni zamanda diplomat vurğulayıb ki, ölkəsi hələ də “diplomatiyaya şans verir” və “Livanla genişmiqyaslı müharibədə qətiyyən maraqlı deyil”. O əlavə edib ki, “futbol oyunu 90 dəqiqə davam edir” və İsrail Livandakı hərbi əməliyyatların “85 dəqiqək” məsafəsindədir.

QAZİLER.AZ

Diaspora