Folklend adaları yaxınlığında balıqçı gəmisinin batması nəticəsində 8 nəfər ölüb.
Qaziler.az bildirir ki, bu barədə iyulun 24-də "Daily Mail" məlumat yayıb.
“Folklend adaları sahillərində balıqçı gəmisinin batması nəticəsində azı səkkiz nəfərin öldüyü, yeddi nəfərin isə itkin düşdüyü ehtimal edilir”, – nəşr bildirib.
Göyərtəsində 27 nəfərin olduğu Norveçə aid "Argos Georgia" gəmisi Folklend adaları sahillərindən 500 km aralıda batıb. Təhlükə siqnalı iyulun 22-i bazar ertəsi axşam saatlarında göndərilib. 14 ekipaj üzvü mövcud üç xilasedici qayıqdan ikisi ilə xilas ola bilib.
Eyni zamanda, bu ərazidə hava şəraiti son dərəcə çətin olub. Nəşrin aydınlaşdırdığı kimi, dalğanın hündürlüyü 8 metrə çatıb.
İspaniyanın EFE agentliyinin məlumatına görə, 5 nəfər itkin düşüb. Təyyarədə ispanlardan başqa ruslar, indoneziyalılar, uruqvaylılar və perulular da olub.
QAZİLER.AZ