ABŞ hərbi gəmiləri Cənubi Çin dənizini keçərək, Çinin sərhədlərini pozub. APA TV-nin rus saytlarına istinadən xəbərə görə, Pentaqon faktı təsdiqləyib. Çin isə baş vermiş bu hadisəni ciddi şəkildə qınayıb. Çinin Xarici İşlər Nazirliyi bununla bağlı xüsusi bəyanat verərək, olayın "qeyri-qanuni" olduğunu bildirib. Ölkənin Müdafiə Nazirliyinin sözçüsü Lu Kanq mətbuata açıqlamasında hadisənin ölkənin suverenliyinə çox ciddi təhlükə olduğunu bildirib. O, Birləşmiş Ştatları bu cür addımlardan çəkinməyə çağırıb.
ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi baş verənlərin Cənubi Çin dənizində təhlükəsizlik məqsədilə atılan addım olduğunu və bunun beynəlxalq hüquqa zidd olmadığını bildirib.