Banqladeşdə “ictimai kvota qərarı” etirazlarında ölənlərin sayı 187-yə yüksəlib

Banqladeşdə “ictimai kvota qərarı” etirazlarında ölənlərin sayı 187-yə yüksəlib backend

Banqladeşdə Müstəqillik Müharibəsində iştirak edənlərin ailələri üçün ictimai kvota ayrıldıqdan sonra başlayan etirazlar davam edərkən, zorakılıq hərəkətlərində həyatını itirənlərin sayı 187-yə yüksəldi.

Qaziler.az bildirir ki, ölkədə nəşr olunan “Protom Alo” qəzetinin məlumatına görə, ötən həftə elan edilmiş komendant saatı cümə axşamı gününə qədər uzadılıb.

İctimai kvota qərarından sonra başlayan etirazlarda ölənlərin sayı 187-yə yüksələrkən, yüzlərlə insan yaralanıb, 2 mindən çox adam saxlanılıb.

Bölgədəki xəstəxana polisi Md Bachchu Mia jurnalistlərə bildirib ki, etirazların başladığı gündən xəstəxanaya gündə orta hesabla 70-80 nəfər gəlir.

Banqladeşin baş naziri Şeyx Hasina Vacid etirazlardakı zorakı hərəkətlərə görə ölkənin müxalifət partiyalarının məsuliyyət daşıdığını deyib.

Banqladeşdə 1971-ci ildəki Müstəqillik Müharibəsində iştirak etmiş şəxslərin övladlarına dövlət kvotalarının ayrılması qərarından sonra etirazlar başlayıb.

İyulun 21-də Banqladeş Ali Məhkəməsi Müstəqillik Müharibəsində iştirak edənlərin ailələrinə ayrılacaq kvotanı 30 faizdən 7 faizə endirib, qalan 93 faizin isə ləyaqətə görə ayrılmasına qərar verib. Bundan sonra gərginlik azalıb.

QAZİLER.AZ

Diaspora