Kiyev çimərliklərində suda E.coli olduğuna görə çimmək qadağan edilib.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə paytaxt rəhbərliyi məlumat yayıb.
Qeyd edilib ki, ötən həftə paytaxtın “Zolotoy”, “Predmestnaya slobodka”, “Çertori”, “Natalka”, “Sentral”, “Molodejnı”, “Uşaq”, “Venesiya”, “Göy qurşağı”, "Galerny", "Telbin", "Troyeşina", "Verbnı", "Puşça-Voditsa" çimərliklərindən su nümunələri götürüb.
“Sanitar-mikrobioloji və sanitar-kimyəvi tədqiqatların nəticələrinə görə, sadalanan çimərliklərdəki su nümunələri sanitar-gigiyenik tələblərə cavab vermir və buna görə də çimmək qadağan edilib. Su nümunələri su obyektlərinin ümumi bakterioloji çirklənməsini göstərib”, - deyə məlumatda bildirilib.
QAZİLER.AZ