Rusiya 5-8 ildən sonra Şimali Atlantika Alyansına (NATO) hücum etməyə hazır ola bilər. Belə bir müddət ərzində ruslar çox güman ki, lazımi silah və şəxsi heyəti toplayacaqlar.
RBC-Ukrayna xəbər verir ki, bu barədə Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi Karsten Broyer bildirib.
“Biz müşahidə edirik ki, Rusiya ordusu Qərbə yönəlib... Beş-səkkiz ildən sonra Moskvanın silahlı qüvvələri NATO ərazisinə hücum etmək üçün maddi baza və şəxsi heyətlə təchiz olunacaq”, - Breuer qeyd edib.
Generalın sözlərinə görə, bu qiymətləndirmə onun öz analitik məlumatlarına, Almaniyanın müttəfiqlərinin kəşfiyyat və silahlı qüvvələrinin məlumatlarına, habelə Rusiya diktatoru Vladimir Putinin bəyanatlarına əsaslanır.
O qeyd edib ki, Rusiyada tankların sayı hər il 1000-1500 ədəd artırılır.
General qeyd edib ki, bu cür göstəricilərə Putinin çıxışlarında izlənilə bilən niyyətləri də əlavə etsək, o zaman “NATO ölkələri, şübhəsiz ki, təşvişə düşməlidir”.
QAZİLER.AZ