"Utanma, telefonu götür və mənə zəng et" - Putin qurum rəhbərinə

"Utanma, telefonu götür və mənə zəng et" - Putin qurum rəhbərinə backend

Hesablama Palatasının rəhbəri Boris Kovalçukun hesabatından sonra Rusiya prezidenti Vladimir Putin sonuncuya “tərəddüd etmədən” zəruri hallarda dövlət başçısına zəng etməyi tövsiyə edib.

Qaziler.az xəbər verir ki, Kovalçukun Putinlə görüşü barədə Kremlin saytında məlumat verilib.

“Bizim birbaşa əlaqəmiz var. Ən kəskin hallarda heç bir tərəddüd etmədən telefonu götür və mənə zəng et”, - Rusiya lideri Kovalçuka deyib.

Hesablama Palatasının sədri yaradılan şəraitə görə prezidentə təşəkkür edib.

Kovalçuk 2024-cü ilin mayında keçirilən prezident seçkilərindən sonra Hesablama Palatasının yeni rəhbəri vəzifəsinə təsdiq edilib. Bugünkü hesabat məmur üçün yeni vəzifədə birinci oldu.

QAZİLER.AZ

Diaspora