Mariya Zaxarova aldığı ilk maaşında danışdı

Mariya Zaxarova aldığı ilk maaşında danışdı backend

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, 1998-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirdikdən sonra dərhal nazirlikdə işə düzəlib.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir. Onun sözlərinə görə o zaman onun maaşı iki həftəlik nahar və yol puluna bəs edib.

Diplomat vurğulayıb ki, insanlar şöbəyə pul və karyera üçün deyil, MDBMİ-də əldə etdikləri bütün bilikləri praktikada tətbiq etmək üçün işləməyə gəlirdilər.

“1998-ci ildə institutu bitirmiş və Xarici İşlər Nazirliyində informasiya istiqamətində işləməyə başladım. Maaşım var idi... Smaaşımın nəyə yetdiyini sizə deyim: iki həftəlik nahara və yol poluna. Buna baxmayaraq, fərqli motivasiya var idi”, - deyə Zaxarova deyib.

QAZİLER.AZ

Diaspora