Rusiyada kişilər sahildə tapdıqları meyitlə fotosessiya etdilər

Rusiyada kişilər sahildə tapdıqları meyitlə fotosessiya etdilər backend

Kaluqa vilayətinin iki sakini meyitlə fotosessiya etdiklərinə görə 5 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.

Qaziler.az xəbər verir ki, bu haqda “Mash” teleqram kanalı məlumat yayıb. Qeyd olunub ki, yaxın vaxtlarda həmin şəxslərə qarşı cinayət işi açıla bilər. Hadisə Tovarkovo kəndi yaxınlığındakı çimərlikdə baş verib.

Mənbənin sözlərinə görə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 244-cü maddəsinin 2-ci hissəsi (bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq və ya mütəşəkkil dəstə tərəfindən ölülərin cəsədlərini və onların basdırıldığı yerləri təhqir etmə) işi üzrə cinayət işi başlana bilər.

40 və 42 yaşlı iki kişi sahildə Özbəkistandan olan boğulmuş miqrantın cəsədini tapıb. Daha sonra onlar meyitlə şəkil və video çəkməyə başlayıblar. Çəkilən görüntüləri isə internetdə paylaşıblar.

Tezliklə məlum olub ki, iki yerli sakin Uqra çayının sahilində dincəlirmişlər. Onlar çayda boğulan kişinin cəsədini taparaq fotosessiyaya başlayıblar. Mərhumun yaxınları polisə müraciət edib. Mərhumun yaxınlarının sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin təhqir edilməsinə görə cinayət işi açmağa tələsmirlər.

QAZİLER.AZ

Diaspora