İsrail və Cənubi Koreya Ukraynanı sınaq meydanına çevirməyə çalışırlar.
Qaziler.az xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Aleksandr Perendjiyev “NEWS.ru” ilə söhbətində bildirib. Hərbi politoloq qeyd edib ki, Finlandiya, İsveç və Norveç Ukraynada yeni silahları sınaqdan keçirmək istəyə bilər.
“Artıq Ukraynadan sınaq meydançası kimi istifadə halları var. Düşünürəm ki, ölkələri kütləvi miqyasda cəlb etmək mümkün olmayacaq, lakin müəyyən qədər genişlənmə baş verə bilər. İstisna etmirəm ki, belə ölkələr İsrail, Böyük Britaniya, Cənubi Koreya və Yaponiya ola bilər. Belə bir istəyin Şimali Avropa ölkələrində - Finlandiya, İsveç və Norveçdə yarana biləcəyi də aydındır”, - ekspert izah edib.
QAZİLER.AZ