ABŞ-ın keçmiş prezidenti və qarşıdan gələn prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd Donald Tramp mümkün rəqibi Demokrat Kamala Harrisi “qəddar və axmaq” adlandırıb.
Qaziler.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb. Siyasətçinin fikrincə, bu, şəxsi keyfiyyətlərin pis birləşimidir.
“Kamala Harrisi iki sözlə təsvir etmək olar: qəddar və axmaq. Bu, pis birləşimdir”, - Tramp bildirib.
Siyasətçinin sözlərinə cavab olaraq, demokratın qərargahının nümayəndəsi Əmmar Musa keçmiş Amerika liderinin cinayətlərini xatırladıb.
QAZİLER.AZ