Türkiyə XİN Ərdoğanla Əsədin görüşü ilə bağlı xəbərləri təkzib edib

Türkiyə XİN Ərdoğanla Əsədin görüşü ilə bağlı xəbərləri təkzib edib backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Bəşər Əsəd arasında Moskvada planlaşdırıldığı iddia edilən görüşlə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.

“Report” xəbər verir ki, bu barədə “ANKA” nəşrinə Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsi məlumat verib.

“Prezidentimizin Moskvada Suriya prezidenti Əsədlə görüş keçirəcəyi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil” ,- deyə o qeyd edib.

Qeyd edək ki, “Daily Sabah” qəzeti daha əvvəl mənbəyə istinadən yazıb ki, Ərdoğanla Əsəd arasında 2011-ci ildən bəri ilk görüş avqust ayında Rusiya paytaxtında baş tuta bilər.

Diaspora