ABŞ Arktikaya yeni strateji yanaşmalar tətbiq edəcək.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Pentaqonun elan etdiyi ABŞ-ın bu region üzrə yenilənmiş strategiyasında qeyd olunub.
“Böyük geosiyasi dəyişikliklər, o cümlədən Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi, Finlandiya və İsveçin NATO-ya daxil olması, Çin və Rusiya arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də iqlim dəyişikliyinin artan nəticələri, Arktikada yeni strateji yanaşmaların işlənib hazırlanması zərurətini yaradır”, - sənəddə vurğulanıb.
Mətndə qeyd olunub ki, Arktika “strateji rəqabət” platformasına çevrilir və Birləşmiş Ştatlar müttəfiqləri və tərəfdaşları ilə birlikdə bu çağırışa birlikdə cavab verməyə hazır olmalıdır.
QAZİLER.AZ