Bolqarıstan Texniki Hökumətinin müdafiə naziri Atanas Zapryanov bildirib ki, ölkə Ukraynaya növbəti yardım paketinin formalaşmasını başa çatdırır və onun tərkibinə milli ordu üçün lazımsız olduğu ortaya çıxan sursat və texnika daxil ola bilər.
Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Nazirin sözlərinə görə, Ukraynaya yardım kimi sursat və texnika təklif olunacaq ki, bu da təhlilə əsasən, Bolqarıstan ordusu üçün lazımsız və ya artıq olan vasitələrdir.
Zapryanov əlavə edib ki, Ukraynaya növbəti yardım paketinin formalaşdırılması son mərhələdədir.
QAZİLER.AZ