ABŞ prezidenti Co Baydeni müalicə edən həkimi Kevin O'Konnor Ağ Evin rəhbərində koronavirusun simptomlarının demək olar ki, yoxa çıxdığını bildirib.
Qaziler.az xəbər verir ki, kəkimin açıqlamasını Ağ Ev dərc edib.
“Onun simptomları demək olar ki, tamamilə yox olub. Onun nəbzi, təzyiqi və tənəffüs tezliyi tam normaldır”, - açıqlamada deyilir.
ABŞ-ın hazırkı prezidentinin COVID-19-a yoluxması faktı iyulun 18-də məlum olub. Ağ Evin mətbuat katibi Karine Jean-Pierre Baydenin bir neçə dəfə peyvənd olunduğunu və xəstəliyin yüngül formada keçdiyini söyləyib.
QAZİLER.AZ