Paris hava limanının işçiləri Olimpiya Oyunlarının açılış günü tətil etməyi planlaşdırır

Paris hava limanının işçiləri Olimpiya Oyunlarının açılış günü tətil etməyi planlaşdırır backend

Paris hava limanının işçiləri 2024-cü il Olimpiya Oyunlarının açılış mərasimi günü tətilə çıxmağı planlaşdırdıqları barədə xəbərdarlıq ediblər.

Qaziler.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, hava limanı işçilərinin maraqlarını təmsil edən həmkarlar ittifaqı iyulun 26-da işdən uzaq durmağı planlaşdırır. Bu tədbirin əsas məqsədi xidmət rəhbərliyini hava limanı işçiləri üçün ayrılan əlavə gəlirləri 300-dən min avroya qədər artırmaqdır.

“Ümumilikdə tətil 26 saat davam etməlidir - iyulun 26-sı səhər saat 05:00-dan iyulun 27-si səhər saat 07:00-a qədər”, - məlumatda qeyd olunub.

QAZİLER.AZ

Diaspora