“Fox News”un aparıcısı Dana Perino ABŞ prezidenti Co Baydenin sağ olduğuna dair dəlil istəyib. Onun sözlərinə görə, son çəkilişdən sonra Baydenin heç bir şəkil yoxdur.
Qaziler.az bu barədə “NEWS.ru”ya istinadla xəbər verir.
"Ümid edirəm ki, o, yaxşıdır" deyən teleaparıcı adi vətəndaşların suallarına cavab verərkən bildirib.
Qeyd edilib ki, ABŞ-ın hazırkı prezidenti “X” sosial şəbəkəsində prezidentlik uğrunda mübarizədən geri çəkildiyini bəyan edib. Amerika lideri səlahiyyət müddətinin sonuna qədər Ağ Evin başında qalacağını qeyd edib.
QAZİLER.AZ