Trampa sui-qəsd Məxfi Xidmətin uğursuzluğudur - ABŞ-dən ETİRAF

Trampa sui-qəsd Məxfi Xidmətin uğursuzluğudur - ABŞ-dən ETİRAF backend

ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdi son illər Məxfi Xidmətin ən böyük uğursuzluğu olub.

Qaziler.az xəbər verir ki, bunu strukturun rəhbəri Kimberli Çitl Konqresdəki dinləmələrdən sonra deyib. O, baş verənlərə görə də məsuliyyəti öz üzərinə götürüb.

Çitlın çıxışı respublikaçı konqresmenlər arasında tənqidlərə səbəb olub, çünki o, atışma ilə bağlı suallara cavab verə bilməyib. O, suallara davam edən istintaqa istinad edərək cavab verib.

Qeyd edək ki, daha əvvəl Çitl Trampa sui-qəsd cəhdinə görə istefa verməkdən imtina etmişdi. Belə bir istəklə amerikalı sahibkar İlon Mask belə bir çağırış etmişdi.

QAZİLER.AZ

Diaspora