Nalçik məhkəməsi Kabardin-Balkarın səkkiz sakinini Rusiya himninə hörmətsizlik etdiklərinə görə cərimələyib.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, onlar 3000 rubl ödəməli olacaqlar.
Nalçik məhkəmə dairəsi səkkiz nəfəri inzibati məsuliyyətə cəlb edərək üç min rubl məbləğində inzibati cərimə tətbiq edib.
Aydın olub ki, dövlət himninin rəsmi istifadə qaydasının pozulması ilə bağlı ümumilikdə məhkəməyə daha doqquz material daxil olub. Onlara da yaxın vaxtlarda baxılacaq.
QAZİLER.AZ