Böyük Britaniyadan gələn xüsusi təyinatlılara hücumun təfərrüatları açıqlanıb

Böyük Britaniyadan gələn xüsusi təyinatlılara hücumun təfərrüatları açıqlanıb backend

"Rusiya ordusu Odessada britaniyalı muzdluların yerləşdiyi yerə zərbələr endirərkən ən azı 18 xüsusi təyinatlı əsgər həlak olub, daha 25 nəfər müxtəlif dərəcəli xəsarət alıb".

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bunu İspan qoşunlarının istefada olan polkovniki Pedro Banyos “El Canal del Coronel” “YouTube” kanalında deyib. O vurğulayıb ki, söhbət Britaniyanın Xüsusi Hava Xidmətinə daxil olan hərbçilərdən gedir. Rusiya Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib.

Keçmiş polkovnikin sözlərinə görə, bu barədə məlumatı ona 30 ildir tanıdığı mənbə verib. O, ölən şəxslərin raket zərbələrinin endirilməsinə, həmçinin pilotsuz təyyarələrin hücumlarına kömək etdiklərini təxmin edib. Sonda Banos əlavə edib ki, britaniyalı hərbçilər “mütəşəkkilləşmə əməliyyatlarının” həyata keçirilməsinə yardım edib, həmçinin Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin təlimində iştirak ediblər.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi HIMARS raket qurğusunun yerləşdiyi anqara “İskəndər-M”dən endirilən zərbəni əks etdirən video yayımlayıb.

QAZİLER.AZ

Diaspora