Qəzzada həlak olan jurnalistlərin sayı 163-ə yüksəlib

Qəzzada həlak olan jurnalistlərin sayı 163-ə yüksəlib backend

İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda daha bir fələstinli jurnalist həyatını itirib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Fələstin hökumətinin Qəzzadakı Media Ofisindən verilən yazılı açıqlamada: "Jurnalist Heydər İbrahimin vəfatı ilə Qəzza zolağında  müharibənin başlamasından bu yana həlak olan jurnalistlərin sayı 163-ə yüksəldi", - ifadələrdən istifadə edilmişdir.

Media Ofisindən iyulun 21-də verilən yazılı açıqlamada Qəzza zolağında İsrail ordusunun hücumları nəticəsində həlak olan jurnalistlərin sayının 162 olduğu bildirilib.

Açıqlamada İsrailin “Fələstinin səsini susdurmaq, faktları gizlətmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün” Qəzzada jurnalistləri qəsdən öldürdüyü vurğulanıb.

QAZİLER.AZ

Diaspora