Xəbər verdiyimiz kimi, iyulun 21-də prezident Co Bayden noyabrın 5-də keçiriləcək prezident seçkilərindən çəkildiyini açıqlayıb və bunun partiya və ölkə üçün daha yaxşı olacağına əminliyini ifadə edib. O həmçinin prezidentlik müddətinin sonuna qədər səlahiyyətlərini icra edəcəyini bildirib.
ABŞ prezidenti Co Bayden prezidentlik yarışından geri çəkilib. Dünya liderlərindən bir-birinin ardınca bununla bağlı açıqlamalar gəlib. İngiltərə Baş naziri Starmer qərara hörmət etdiklərini bildirərkən, Almaniya kansleri Şolts Baydenin qərarının təqdirəlayiq olduğunu bildirib. Rusiya “seçkilərə qədər çox şeyin dəyişə biləcəyi uzun müddət var” şərhini verib.
Qaziler.az xarici mətbuata istinadən dünya liderlərinin bununla bağlı açıqlamalarını təqdim edir.
Böyük Britaniyanın baş naziri Keir Starmer Baydenin qərarına hörmət etdiyini bildirib.
Almaniya da Baydenin yarışdan çəkilmə qərarı ilə bağlı açıqlama verib. Almaniya kansleri Olaf Şolts Baydenin qərarının təqdirəlayiq olduğunu bildirib.
Ukrayna prezidenti Zelenski Baydenin Ukraynaya göstərdiyi “sarsılmaz dəstəyə” görə minnətdar olduğunu bildirib.
Polşanın baş naziri Donald Tusk deyib ki, Bayden indiyə qədər bir çox çətin qərarlar verib. "Yəqin ki, ən çətini verdiyiniz son qərardır" dedi.
İrlandiyanın xarici işlər naziri Micheal Martin də Baydenin qərarını kədərlə öyrəndiyini bildirib.
Məsələ ilə bağlı Rusiyadan da qiymətləndirmə gəlib. Kremlin sözçüsü Dmitri Peskov, "Seçkilərə hələ 4 ay var və bu, çox şeyin dəyişə biləcəyi uzun müddətdir. Səbirli olmaq və bundan sonra nə olacağını diqqətlə izləmək lazımdır" deyib.
Peskov əlavə edib ki, onların prioriteti Rusiya-Ukrayna müharibəsidir.
QAZİLER.AZ