İsrailə hücumlar fələstinlilərlə həmrəylik üçün həyata keçirilir.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu barədə Yəmənin husilər (Ənsarullah) hərəkatının yüksək rütbəli nümayəndəsi Məhəmməd əl-Buxaiti müsahibəsində deyib.
“Bir daha təsdiq etməliyik ki, Fələstindəki qardaşlarımıza dəstəyimiz bizim borcumuzdur - insani borcumuz, etik borcumuz və dini borcumuz, qurban nə olursa olsun. İsrailin bu hücumları Fələstindəki qardaşlarımıza davamlı dəstək mövqeyimizə heç vaxt təsir etməyəcək”, - deyə o bildirib.
Buxati həmçinin əlavə edib ki, husilər hücumları Yəmən, Fələstin, Livan, İraq və İran kimi ölkələrlə, o cümlədən HƏMAS-la koordinasiya edir.