Kipr Sülh Əməliyyatında (1974-cü il) Türkiyəyə dəstək verən az ölkələrdən biri də Müəmmər Qəzzafinin liderliyindəki Liviya olub.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bunu o dövrdə Türkiyənin Liviyadakı səfiri Uluç Özülkər açıqlamasında deyib.
“Liviya o zaman bizə çox açıq şəkildə müraciət etdi. Onların iki çox böyük silah anbarı var idi. O zaman Liviya bütün silahlarını ABŞ-dan alırdı. Ona görə də ABŞ-la sıx əlaqədə idilər. Bu şərtlər altında Liviya o zaman anbarlarını bizim üzümüzə açdı. Şəxsən Qəzzafi mənə bildirmişdi ki, hava məkanımız da açıqdır, nəyə ehtiyacınız varsa, gəlin götürün”, - keçmiş səfir bildirib.