Əfqanıstan və Pakistanda dünən baş verən 7,5 ballıq zəlzələ qurbanlarının sayı 350 nəfərə çatıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ən çox ölənlər isə Əfqanıstanla sərhəd olan Pakistan əyalətində qeydə alınıb.
Burada zəlzələ qurbanlarının sayı 275-dən çoxdur. Pakistanınbaş naziri Navaz Şərif Böyük Britaniya səfərini təxirə salaraq təcili ölkəsinə qayıdır. Zəlzələnin ən az zərər vurduğu ölkə isə Hindistan olub. Burada 4 ölüm faktı qeydə alınıb.