Son 24 saat ərzində COVID-19 diaqnozu qoyulan ABŞ prezidenti Co Baydenin vəziyyəti xeyli yaxşılaşıb.
Qaziler.az TASS-a istinadən xəbər verir ki, bu barədə Amerika liderinin müalicəvi həkimi Kevin O'Konnor bildirib.
Press-relizdə qeyd edilib ki, ABŞ prezidentinin öskürək və boğuq səsi var. O'Konnor bunu xəstəliyin əsas simptomları kimi təsnif edib. Həkim bildirib ki, prezidentin səhhəti cümə axşamı ilə müqayisədə yaxşılaşıb, nəbzi, təzyiqi və nəfəsi normaldır.
Qeyd edək ki, iyulun 18-də ABŞ prezidenti Co Baydenin koronavirusa yoluxduğu açıqlanıb.
QAZİLER.AZ