2024-cü ilin əvvəlindən Polşada məişət zorakılığı nəticəsində 17 uşaq ölüb.
Qaziler.az xəbər verir ki, bu barədə Polşanın “Rzeczpospolita” qəzeti məlumat yayıb.
“Bu il biz artıq 17 uşaq ölümünü qeydə almışıq. Hadisələrin 70%-i iki yaşından kiçik uşaqlara aiddir”, - nəşr “Uşaqlara güc verək” (Dajemy Dzieciom Sile) ictimai təşkilatının nümayəndəsi Viktoriya Kinikdən sitat gətirib.
Qəzet bildirir ki, 2023-cü il iyulun 28-də Seym (parlamentin aşağı palatası) tərəfindən uşaqların məişət zorakılığından müdafiəsi haqqında qanun qəbul edilib. O vaxtdan çox az şy dəyişib.
Polşa Ədliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ildə ölkədə öz övladlarının öldürülməsinə görə 35, 2022-ci ildə 22, 2019-cu ildə isə 18 məhkumluq olub. Nəşr bu statistikanı “narahatedici tendensiya” adlandırıb.
QAZİLER.AZ