Fələstin İsraillə bağlı dünya ölkələrinə ÇAĞIRIŞ ETDİ

Fələstin İsraillə bağlı dünya ölkələrinə  ÇAĞIRIŞ ETDİ backend

“Beynəlxalq Ədalət Məhkəməsinin İsrailin Fələstin ərazilərində məskunlaşma fəaliyyətini ilhaq kimi tanımasından sonra bütün ölkələr və Birləşmiş Millətlər Təşkilatı İsraillə münasibətlərinə yenidən baxmalıdır”.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Fələstin prezidentinin beynəlxalq əlaqələr üzrə xüsusi nümayəndəsi Riyad əl-Maliki bildirib. O, xüsusilə Təl-Əvivə yardımı və onu silahla təmin etməyi dayandırmağı tələb edib.

“İndi bütün dövlətlər öz öhdəliklərinə ciddi şəkildə əməl etməlidirlər. Bu o deməkdir ki, bütün ölkələr və BMT İsraillə ikitərəfli münasibətlərini dərhal nəzərdən keçirməlidir ki, onların siyasətləri İsrailin birbaşa və ya dolayısı ilə Fələstin xalqına qarşı davam edən təcavüzünə töhfə verməsin”, - Riyad əl-Maliki deyib.

Onun sözlərinə görə, indi dünya birliyi İsrailə “nə kömək, nə yardım, nə şəriklik, nə pul, nə silah, nə ticarət - heç nə” verməməlidir.

"Beynəlxalq hüquqa əsasən, BMT-yə üzv olan bütün dövlətlər İsrail dövlətinin Fələstin ərazilərində mövcudluğuna son qoymağa borcludurlar. Bunu nə az, nə çox beynəlxalq hüquq tələb edir”, - deyə o vurğulayıb.

QAZİLER.AZ

Diaspora