Kanada hakimiyyəti Donald Trampın ətrafı ilə razılığa gəlməyə çalışır ki, siyasətçi payızda keçiriləcək seçkidə qalib gələrsə, yeni ticarət rüsumları tətbiq etməsin.
Qaziler.az xəbər verir ki, bu haqda CBC televiziyası yazır. Lakin indiyədək Ottavaya heç bir yardım vəd edilməyib.
Məqalədə deyilir ki, hazırda tərəflər rüsumsuz ticarətin saxlanmasında irəliləyişə nail olmağa kömək edəcək dialoq formatlarını müzakirə edirlər. Ottava həmçinin Trampın qalib gələcəyi təqdirdə ABŞ-nin tariflərin tətbiqinə cavab veriləcəyi barədə xəbərdarlıq edib.
Kanada 2026-cı ildə Meksika və ABŞ ilə azad ticarət müqaviləsini ciddi şəkildə dəyişmək istəmir.
QAZİLER.AZ