Rusiya hakimiyyəti Qərbin sanksiya təzyiqi fonunda ölkənin hərbi sənaye kompleksinin fəaliyyətini təmin etmək yollarını tapıb.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken açıqlamasında deyib.
Həmçinin rəsmi Aspen Təhlükəsizlik Forumunda keçirilən müzakirələr çərçivəsində qeyd edib ki, hər bir Amerika administrasiyası Ukrayna ilə bağlı öz siyasətini müəyyən etməkdə sərbəstdir. Ona görə də Donald Tramp payız seçkilərində seçiləcəyi təqdirdə Vaşinqtonun bundan sonra necə davranacağına da qərar verəcək.
QAZİLER.AZ