“İsrailə məxsus yaşayış məskənlərinin qanuniliyi şübhə doğurmur”.
Qaziler.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu “X” sosial şəbəkəsində Fələstin ərazilərində məskunlaşma fəaliyyətinə son qoyulmasını tələb edən Beynəlxalq Ədalət Məhkəməsinin yekunlarına cavab olaraq bildirib. Onun sözlərinə görə, yəhudi xalqı “öz torpaqlarını fəth edənlər deyillər”.
“Yəhudi xalqı öz torpaqlarını fəth edən deyil. Haaqa məhkəməsində heç bir saxta qərar bu tarixi həqiqəti təhrif etməyəcək. Vətənimizin bütün sərhədləri boyu İsrail məskənlərinin qanuniliyi şübhə altına alına bilməz”, - Netanyahu yazıb.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi İsrailin Fələstin ərazilərində məskunlaşma fəaliyyətini ilhaq hesab edib.
QAZİLER.AZ