BMT Məhkəməsi İsrailin Fələstin torpaqlarının ilhaqını TANIDI

BMT Məhkəməsi İsrailin Fələstin torpaqlarının ilhaqını TANIDI backend

Beynəlxalq Ədalət Məhkəməsi İsrailin Fələstin ərazilərində məskunlaşma fəaliyyətini ilhaq hesab edir.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bunu məhkəmənin sədri Navaf Salam deyib. İclas təşkilatın internet saytında yayımlanıb.

Hakim qeyd edib ki, Təl-Əvivin siyasəti “bölgədə geri dönməz təsir göstərmək və qeyri-müəyyən müddətə qüvvədə qalmaq” üçün nəzərdə tutulub.

“Məhkəmə hesab edir ki, bu cür siyasət və təcrübələr işğal olunmuş Fələstin ərazisinin böyük hissəsinin ilhaqına bərabərdir”, - Salam deyib.

QAZİLER.AZ

Diaspora