Tramp istənilən müharibəni bir telefon zəngi ilə dayandıra biləcəyini iddia edir - VİDEO

Tramp  istənilən müharibəni bir telefon zəngi ilə dayandıra biləcəyini iddia edir - VİDEO backend

ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib ki, o, telefon zəngi ilə istənilən müharibəni dayandıra bilər.

Qaziler.az bildirir ki, bu barədə “Amerikanın səsi” radiosu məlumat yayıb.

Qeyd edək ki, Tramp Respublikaçılar Partiyasının qurultayındakı yekun çıxışında Ukraynadakı müharibə və son zamanlar yaranan digər münaqişələr məsələsinə toxunub.

Noyabr seçkilərindəki onun qələbəsi ilə o, “müharibə illərinin, xaos və zəifliyin sona çatacağını” söyləyib. Tramp onun dövründə İŞİD-dən başqa heç bir müharibənin olmadığını deyərək bütün müharibələri bir telefon zəngi ilə dayandıracağını bildirib.

"Mən bu müharibələri sadəcə bir telefon zəngi ilə dayandıracağam. Telefon zəngi ilə istənilən müharibəni dayandıra bilərəm", - Tramp deyib.

Həmçinin çıxışı zamanı o, Corc Buşun dövründə Rusiyanın Gürcüstanı işğal etdiyini, Barak Obamanın hakimiyyəti dövründə Rusiya Federasiyasının Krımı, ABŞ-ın indiki administrasiyası dövründə isə Rusiyanın bütün Ukraynanı almaq istədiyini bildirib. Tramp əlavə edib ki, o, Ağ Evdə olanda Rusiya heç nə ala bilməyib. Həm Rusiya Federasiyası, həm də Çin ondan qorxurdu.

"Mən bu administrasiyanın yaratdığı bütün beynəlxalq böhranlara, o cümlədən Rusiya və Ukrayna arasında dəhşətli müharibəyə son qoyacağam", - Tramp çıxışı zamanı deyib.

Eyni zamanda, CNN qeyd edir ki, ABŞ-ın keçmiş prezidenti yalandan onun hakimiyyəti dövründə “dünyada sülh hökm sürdüyü” iddiasındadır. Nəşr yazır ki, Tramp 2021-ci ilin əvvəlində vəzifəsini tərk edəndə onlarla həll olunmamış müharibələr və silahlı münaqişələr olub.

QAZİLER.AZ

Diaspora